525.Az

Türkiyədə avtobus qəzaya uğradı - Yaralılar var


 

Türkiyədə avtobus qəzaya uğradı - <b style="color:red">Yaralılar var</b>

Türkiyənin Antalya şəhərinin Korkuteli rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb, çoxlu sayda yaralı var.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtobusda olan 25 nəfərdən 10-u xəsarət alıb.

Bildirilib ki, hadisə yerində xilasedicilər və həkimlər işləyir.

Qeyd edək ki, avtobusun sürücüsü polis bölməsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 





11.06.2023    çap et  çap et