525.Az

Azərbaycanda beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir


 

Azərbaycanda beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir<b style="color:red"></b>

Azərbaycanda beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir.

525.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə aşağıdakı yeni cərimələr nəzərdə tutulur:

- beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda həyata keçirilməsinə;
- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son məntəqəsindən kənarda həyata keçirilməsinə;
- Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmanın bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;
- Qeyri-muntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə - 50 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

 





12.06.2023    çap et  çap et