525.Az

"Dövlət qurumlarında telefonlara cavab vermirlər” - Deputat


 

"Dövlət qurumlarında telefonlara cavab vermirlər”<b style="color:red">  - Deputat</b>

"Dövlət qurumlarında şəhər telefonlarına cavab vermirlər”.

525.az “Report"a istinadən xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi üzrə tədbirdə deputat Etibar Əliyev deyib.

O, dövlət qurumlarının xidmətlərindən narazı olduğunu bildirib: “Tək mən yox, digər deputatlar da Milli Məclisdə bu məsələni qaldırıb. Konkret olaraq, mənim məmnunluq səviyyəm məhkəmə sistemindən, təhsildən, səhiyyədən, icra hakimiyyəti orqanlarından, Ali Attestasiya Komissiyasından aşağıdır, razı deyiləm. Zaman baxımından sorğulara ya cavab vermirlər, ya da baxılmaq üçün aşağı təşkilata göndərirlər. Vətəndaşı çağırıb deyirlər ki, bu bizim səlahiyyətimiz çərçivəsində deyil”.
 

 





12.06.2023    çap et  çap et