525.Az

ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək


 

ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək<b style="color:red"></b>

ABŞ Senatında Azərbaycana səfir təyinatı ilə bağlı dinləmələr keçiriləcək.

525.az APA-ya istinadən xəbər verir ki, iyunun 13-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülən Mark Libbinin Azərbaycan səfir təyin olunması ilə bağlı müzakirə olacaq.

Qeyd edək ki, artıq bir ildir ki, karyeralı diplomat Mark Libbinin namizədliyinin təsdiqi Senatın Xarici İşlər Komitəsində təxirə salınır.

Mark Libbi hazırda Vaşinqtonda Milli Hərbi Kollecdə Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində işləyir.

 





12.06.2023    çap et  çap et