525.Az

Ələtdə maşın aşıb


 

Ələtdə maşın aşıb<b style="color:red"></b>

Bakı-Qazax magistral yolunun 78-ci kilometrliyində yol qəzası olub.

525.az-ın məlumatına görə, hadisə yolun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan sakini, 1960-cı il təvəllüdlü İsmayılov Məhəmməd Mürsəl oğlunun idarə etdiyi “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır (APA).

 





12.06.2023    çap et  çap et