525.Az

Güney Azərbaycanın tanınmış ziyalısı Əkbər Azad sürgün edilib


 

Güney Azərbaycanın tanınmış ziyalısı Əkbər Azad sürgün edilib<b style="color:red"></b>

Güney Azərbaycanın tanınmış ziyalısı, ana dilində təhsil uğrunda mübarizə aparan ictimai fəal Əkbər Azad iki il müddətinə sürgün cəzasına məhkum edilib.

525.az xəbər verir ki, məlumatı Güney Azərbaycan mənbələri yayıb.

Bildirilib ki, Əkbər Azad yaşadığı Tehran şəhərindən İlam əyalətinin Dərədivan şəhərinə sürgün edilib.

O, qərarın icrasına uyğun olaraq ötən gün Dərədivana aparılıb.

Məlumata əsasən, 2017-ci il fevralın 21-də Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Apellyasiya Məhkəməsi həmin qərarı 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirib.

Həmin ilin avqustunda məhkəmənin çağırışından sonra Əkbər Azad Böyük Tehran Həbsxanasına köçürülüb. Amma bir ildən sonra səhhəti, yanaşı xəstəlikləri və yaşına görə mülki zəmanət qarşılığında sərbəst buraxılıb ("Report").

 





12.06.2023    çap et  çap et