525.Az

İsmayıllıda qanunsuz kömür istehsalı faktları aşkarlanıb


 

İsmayıllıda qanunsuz kömür istehsalı faktları aşkarlanıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 9-da İsmayıllı rayonu ərazisində keçirdikləri tədbirlər zamanı Qaraqaya kəndi ərazisində qanunsuz kömür istehsalı faktları aşkar olunub.

525.az-a bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, qanunsuz kömür istehsalı ilə məşğul olduqlarına və İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi) tələblərini pozduqlarına görə rayon sakinləri D.Nuriyev, F.Dəmirov, A.Hüseynli, F.Hüseynov və P.Hüseynov barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 





12.06.2023    çap et  çap et