525.Az

"Vətəndaşlar taksi qiymətlərinin nə qədər artacağını bilmək istəyir" - Deputat


 

"Vətəndaşlar taksi qiymətlərinin nə qədər artacağını bilmək istəyir" <b style="color:red"> - Deputat</b>

"Vətəndaşlarımız taksi fəaliyyəti ilə bağlı yeni qaydalardan sonra qiymətlərin nə qədər artacağını bilmək istəyir".

525.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

"Başa düşürəm ki, ümumi inflyasiya var. Amma istəyərdim ki, bu sahədə qiymətlər minimal olsun və inflyasiya bura bir o qədər təsir etməsin", - deyə deputat əlavə edib.

O, həmçinin bildirib ki, bu vaxta qədər taksi xidməti sahəsində 5 aqreqator şirkət olub və onlar hökmranlıq edib: "Bunun da fəsadları olurdu. İnsanlar inciyirdi. Onların sürücülərinin xarici görkəmi normal deyildi. Onlar bəzən içkili olurdu. Biz haqlı rəqabətin tərəfdarıyıq. Bakını Tbilisi ilə müqayisə edə bilmərik. Amma mən deyirəm ki, neçə aqreqator olur olsun, əsas haqlı rəqabət olsun" ("Report").

 





12.06.2023    çap et  çap et