525.Az

Azərbaycandan qaz ixracı 10 faizədək artıb


 

Azərbaycandan qaz ixracı 10 faizədək artıb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycandan qaz ixracı 10,3 mlrd. kubmetr olub, bu da illik müqayisədə 9,6% çoxdur.

525.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında paylaşım edib.

Məlumata görə, Avropaya 4,8 mlrd. kubmetr, Türkiyəyə 4.3 mlrd. kubmetr, Gürcüstana isə 1,2 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu kəməri (TANAP) Türkiyəni 2,4 mlrd. kubmetr qazla təchiz edib.

“Yanvar-may aylarında qaz ixracı 9.6% artıb. Avropaya 4.8 mlrd.m3, Türkiyəyə 4.3 mlrd.m3, Gürcüstana isə 1.2 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 2.4 mlrd.m3 qazla təchiz edib”, - paylaşımda qeyd olunub.

 





13.06.2023    çap et  çap et