525.Az

“Eurovision-2013” milli seçimlərinin münsiflər heyəti dinləmələrə başlayıb


 

 “Eurovision-2013” milli seçimlərinin münsiflər heyəti dinləmələrə başlayıb<b style="color:red"></b>

“Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin müəyyənləşdirilməsi məqsədilə münsiflər heyəti dinləmələrə başlayıb.

525.az-ın İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dinləmələrdə hər bir iştirakçı 2 mahnı ifa etməklə səs və səhnə imkanlarını nümayiş etdirəcək. Dinləmələrdən keçən namizədlər milli seçim turunun əsas mərhələsində İctimai Televiziyanın canlı efirində yarışacaq.

Qeyd edək ki, 128 nəfərin iştirak edəcəyi milli seçim turunun əsas mərhələsinə noyabrın ortalarında start veriləcək. “Eurovision Song Contest 2013” yarışması İsveçin Malmö şəhərində baş tutacaq.

 





02.11.2012    çap et  çap et