Ukraynada Rusiya parlamentinin deputatı olan yüksək rütbəli çeçen komandirin yaralandığı bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, yaralanan Adam Delimxanov məhşur Çeçenistan rəhbəri Ramzan Kadırovun müttəfiqi və dostudur.
İtkin düşən deputat 2022-ci ildə Rusiya Ukraynanın Mariupol limanını ələ keçirmək üçün aylarla döyüşdüyü bir vaxtda çeçen qüvvələrinə komandanlıq edib.
Bildirilib ki, bu həftənin əvvəlində itkin düşən deputat Rusiyanın Belqorod sərhəd vilayətinin rəhbəri ilə görüşüb və ərazinin hücumlardan qorunmasına kömək edəcəyinə söz verib.
Rusiyanın rəsmi hərbi telekanalı “Zvezda” Rusiya parlamentinin aşağı palatasının məlumatına istinadən onun “sağ, lakin yaralı” olduğunu bildirib.
Zvezda bildirib ki, bu xəbər onun öldürüldüyünə dair bəzi sosial media xəbərlərini təkzib edir.
Ramzan Kadırov daha sonra "əziz qardaşını" tapmaqda kömək etdiyinə görə böyük mükafat təklif edib, hətta Ukrayna kəşfiyyatını köməyə çağırıb.
Lakin itkin düşmüş deputatın həmkarı Dmitri Kuznetsov Dumanın spikeri Vyaçeslav Volodinə istinadən bildirib ki, o, Adam Delimxanovla indicə danışıb və o, “sağ və sağlamdır”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasından bəri bir sıra rus generalları öldürülsə də xəbərlərin bir çoxu təsdiqini tapmayıb.
Elmar Məmmədzadə
çap et