525.Az

Güclü küləyin Mərkəzi Aran regionunda infrastruktura vurduğu ziyan aradan qadırılır


 

Güclü küləyin Mərkəzi Aran regionunda infrastruktura vurduğu ziyan aradan qadırılır<b style="color:red"></b>

Güclü küləyin ölkənin Mərkəzi Aran regionunda elektrik enerjisi infrastrukturuna vurduğu ziyan aradan qadırılır.

Bu barədə 525.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Qurumun açıqlamasına görə, təbiət hadisəsi nəticəsində Biləsuvar və Cəlilabadın kəndlərinin bəzilərinə ötürülən elektrik enerjisi təchizatında fasilə yaranıb:

“Dərhal əraziyə “Azərişıq” ASC-nin əməkdaşlarından və texnikasından ibarət briqadalar qondərilmiş və operativ olaraq qəzanın nəticələri aradan qaldırılması prosesi həyata keçirilib. Hazırda elektrik enerjisi kəsintisi olan ərazilərdə tamamlama işləri həyata keçirilir.

“Azərişıq” ASC olaraq istehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları kəsinti və qəza halları ilə bağlı 24 saat fasiləsi fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

 





18.06.2023    çap et  çap et