525.Az

Azərbaycanda ipoteka kreditlərinə tələb artacaq - AMB


 

Azərbaycanda ipoteka kreditlərinə tələb artacaq <b style="color:red"> - AMB</b>

2023-cü ilin I rübündə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka standartları üzrə yumşalma tempində səngimə müşahidə edilib.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin I rübü ərzində İKZF hesabına verilən ipoteka kreditlərinə tələb əhəmiyyətli dərəcədə artmış, bankların daxili resursları hesabına verilən ipoteka kreditlərinə tələbdə isə dəyişiklik olmayıb.

Banklar 2023-cü ilin II rübündə həm İKZF, həm də daxili resurslar hesabına veriləcək kreditlərə tələbin yüksək olmasını və kredit siyasətinin yumşalacağını gözləyirlər.

 





19.06.2023    çap et  çap et