525.Az
Gecə saatlarında səs-küy salan vətəndaşlara qarşı cərimələr artırıldı
Azərbaycanda gecə saat 24:00-dan 07:00-dək səs-küy salanlara qarşı cərimələrin məbləği artırılır.
Trend-in məlumatına görə, bu gün Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib və qəbul edilib.
Dəyişikliklərdə qeyd olunur ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə 30 manatdan 50 manatadək məbləğdə cərimə müəyyən olunsun.
Hazırkı qanunvericilikdə bu inzibati xətaya görə 10 manatdan 15 manatadək cərimə nəzərdə tutulub.
Dəyişikliklərin gələn il martın 1-dən hüquqi qüvvəyə minməsi gözlənilir.
02.11.2012
çap et