525.Az

3000 ildən çox yaşı olan mumiya tapıldı


 

3000 ildən çox yaşı olan mumiya tapıldı<b style="color:red"></b>

Cənubi Amerika ölkəsi Peruda arxeoloji qazıntılar zamanı 3000 ildən çox yaşı olduğu təxmin edilən mumiya tapılıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, 3000 ildən çox tarixi olduğu düşünülən mumiya, paytaxt Limanın Rimak vadisindəki arxeoloji sahədə davam edən qazıntılar zamanı aşkar edilib. Rimak şəhərinin meri Nestor de La Rosa verdiyi açıqlamada mumiyanın bölgənin tarixini və ənənəsini qorumaq üçün qurulan "Huaca La Florida" tədqiqat proqramı sayəsində kəşf edildiyini bildirib. 

San Markos Mayor Milli Universitetinin arxeoloq tələbələri mumiyanın yerli pambıqdan hazırlanmış dəfn kəfənə bükülmüş halda tapıldığını bildiriblər.

Qeyd edilib ki, qazılan sahə qəbiristanlıq ərazisi olub, ətrafında boyunbağı, qızıl bəzək əşyaları və koka yarpaqları aşkar edilib. Tapılan mumiyanın nazirliyin dəstəyi ilə mütəxəssislər tərəfindən diqqətlə araşdırılacağı paylaşılıb.

Malik Atilay

 





20.06.2023    çap et  çap et