525.Az

İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Yevlaxda olub


 

İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Yevlaxda olub<b style="color:red"></b>

İsrail Dövlətinin Azərbaycandakı Missiya Rəhbərinin müavini, Müvəqqəti İşlər Vəkili cənab Doron Peer Yevlaxda olub.

525.az-ın bölgə müxbiri xəbər verir ki, Doron Peer Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə görüşüb.

Görüş zamanı qonağa rayonda həyata keçirilən layihələr, görülən işlərlə bağlı məlumat verilib. Şəhər rəhbəri Yevlaxda istər keçmişdə, istər də hazırda yaşayan yəhudulərin öz adət və ənənələrini qoruduğunu, onlara daim dostlua və qardaşlıq münasibəti göstərildiyini qeyd edib.

Görüşdə həmçinin dövlət və özəl sektorda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarından söhbət gedib.Qonağa xatirə hədiyyəsi təqdim edilib.

Görüşdən sonra Doron Peer rayondakı aqroparkla tanış olub, həmçinin Yevlax şəhərindəki yəhudi qəbiristanlığına baş çəkib.

Zakir Muradov

 





22.06.2023    çap et  çap et