525.Az

Şəmkir rayonu ərazisində su axını məcralarında profilaktik işlər aparılır


 

Şəmkir rayonu ərazisində su axını məcralarında profilaktik işlər aparılır<b style="color:red"></b>

Meliorasiya tələbatları, eləcə də təbii hadisələrin nəticələrinə qarşı profilaktik tədbirlər baxımından, Şəmkir Suvarma Sistemləri İdarəsin balansında olan 925 kilometr kanallar və təsərrüfatdaxili arxlar  texnikalar vasitəsi ilə təmizlənir.

525.az-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə idarənin balansında olan Nadirşah, Alıbəy və Peykər arxları maşın-mexanizmlərin köməyilə lildən və kol-kosdan təmizlənib.

Şəmkir Suvarma Sistemləri İdarəsinin balansında 12 ədəd birinci dərəcəli, 6 ədəd təsərrüfatlararası ikinci dərəcəli və 109 ədəd daxili təsərrüfatlara aid kanallar var ki, onların ümumi uzunluğu 890 kilometrdən artıqdır.

Zakir Muradov

 





22.06.2023    çap et  çap et