Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummili lider Heydər Əliyev və Azərbaycan Respublikasının inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən yeni idarəçilik texnologiyaları” mövzusunda seminar təşkil olunub.
525.az-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Akademiyanın rektoru, akademik Urxan Ələkbərov geniş məruzə ilə çıxış edib, Ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi yeniliklərdən və dahi şəxsiyyətin qeyri-adi idarəçilik bacarığından danışıb.
Akademik U.Ələkbərov həmçinin müasir idarəçilik məsələlərinə dair iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Zakir Muradov
çap et