525.Az

Azərbaycanın sığorta bazarı 33 faiz böyüyüb


 

Azərbaycanın sığorta bazarı 33 faiz böyüyüb<b style="color:red"></b>

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb.

525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.

 





22.06.2023    çap et  çap et