525.Az

Valyuta hərraclarındakı satış 43 faiz azalıb


 

Valyuta hərraclarındakı satış 43 faiz azalıb<b style="color:red"></b>

Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 571,1 milyon ABŞ dolları məbləğində satış olub.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,6% azdır.

Təkcə bu ay isə valyuta satışının məbləği 78,9 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 71,6% azdır.

 

 





22.06.2023    çap et  çap et