525.Az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırdı


 

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini <b style="color:red">artırdı</b>

Bu gün - 22 iyun tarixində Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılıb.

“İnflyasiya proqnozunda əhəmiyyətli irəliləyiş olana qədər pul siyasəti mərhələli şəkildə sərtləşdiriləcək", - deyə TMB bəyan edib.

Qeyd edək ki, bugünki faiz artımı 27 aylıq fasilədən sonra ilk dəfə baş tutur.

Qoşqar Bəylərov

 





22.06.2023    çap et  çap et