525.Az

"Bu ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər" - Ceyhun Bayramov


 

"Bu ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər" <b style="color:red"> - Ceyhun Bayramov</b>

“Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də mümkündür.

Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır: "Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.

 





23.06.2023    çap et  çap et