Rusiyanın Tambov vilayətində barıt zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Tambov Regional İdarəsindən verilən açıqlamaya görə, dünən barıt zavodunda partlayış baş verib, daha sonra yanğın başlayıb.
Açıqlamada partlayış nəticəsində 5 nəfərin həyatını itirdiyi, 13 nəfərin yaralandığı bildirilib.
Malik Atilay
çap et