525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>

Vətən sevgisiylə çırpınan ürək

 

Cənab Prezidentin iki gün ərzində Kəlbəcər və Laçında iştirak etdiyi çoxsaylı açılış və təməlqoyma mərasimlərini, 30 ildən sonra yurduna dönən laçınlılarla görüşünü, söylədiyi fikirləri, verdiyi mesajları izləyəndə adam həm heyrətlənir, həm də qürur hissi keçirir.

Kadrlarda gözə dəyən tozlu, palçıqlı maşınlar da Kəlbəcər yolunun özünəməxsusluğunu, relyefin çətinliyini xatırlatmaqla səfərin yükü və ağırlığından xəbər verir. İki gündə 20-dən artıq tədbir! Vətən sevgisi və qalibiyyət Ruhu olmadan bunları təkcə enerji hesabına reallaşdırmaq mümkünsüzdür. Cənab Prezidentin bu sonsuz Vətən sevgisi, tükənməz enerjisi bütün ölkəyə sirayət edir, ətrafı, insanları da bürüyür və fəxarət, qürur hissi doğurur.

Mayın 10-da Ümummilli liderin doğum günündə Şuşadan etdiyi müraciətində "...Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq" - deyən Ali Baş Komandan qeyri-adi enerjisi və sarsılmaz Ruhuyla Zəfərimizin ən layiqli davamçısı olduğunu hər gün, hər an hiss elətdirir.

Hələ 10 il əvvəl - 2013-cü ildə cənab Prezidentin qarşısında çıxış edərkən demişdim:

"Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq...

Biz buna inanırıq.

Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır.

...Gördüyünüz böyük işlərə, bu ağayana, təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun!"

Bütün bu möcüzəvi fəaliyyətin özəyində Vətən sevgisiylə çırpınan ürəyin durduğuna isə hər gün bir daha əmin oluruq - elə bu iki gündə əmin olduğumuz kimi.

Durmadan, dayanmadan Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsinə, abadlığına çalışan Prezidentin fəaliyyətini, Kəlbəcər və Laçındakı heyrətamiz quruculuq işlərini, 30 ildən sonra yurduna dönən laçınlıların alqış və dualarını həyəcansız izləmək mümkün deyil.

Var olun, Cənab Prezident!

Sizinlə qürur duyuruq!

Tanrı Vətənimizi, Xalqımızı, Sizi qorusun!..

lll

Qürurverici, kövrək anlar: Laçına ilk köç gedir...

lll

Neft Daşlarında yarım gün...

lll

Su bulanan kimi balıq tutanlar çoxalır...

lll

Əməkdar artist Vəfa Zeynalovanın yaratdığı "Obraz" kafesi mədəniyyətimizin - teatrımızın, kinomuzun təbliği baxımından orijinal məkandır. Görkəmli sənətkarlarımızın divardakı rəsmlərindən, tamaşa və filmlərimizin maraqlı məqamlarını əks etdirən fotolardan tutmuş səslənən musiqilərəcən hər şey sənətə sevgi oyadır. Həzin musiqilərimizin sədaları altında ekranda köhnə və təzə Bakının fotolarına baxmaq fərqli duyğular yaradır. Hər bazar ertəsi axşam 8-də köhnə Azərbaycan filmləri nümayiş olunur. Mədəniyyətimizə ehtiram, sənətimizə sevgi yaradan bu kafe Gənc Tamaşaçılar Teatrının beş addımlığında, Nizami küçəsi 112-də yerləşir. Baş çəkməyi unutmayın.

Zövq alacaqsınız.

lll

Alim Qasımovu və dostlarını dinləyəcəyik: İSTEDADIN HÜDUDSUZ AZADLIĞI...

lll

TƏBİB-in təşkilatçılığıyla "Heydər Əliyev İli" çərçivəsində, Tibb işçilərinin peşə bayramı günündə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun keçirilməsi mənalı və yaddaqalan hadisədir. Diasporumuzun ayrı-ayrı nümayəndələrinin toplantılarına tez-tez şahid oluruq. Amma dünyanın müxtəlif ölkələrində çalışan və uğur qazanan həkimlərimiz ilk dəfədir Vətəndə toplaşırlar. Onları birlikdə görmək, fəaliyyətləriylə yaxından tanış olmaq, fikirlərini dinləmək nikbin düşüncələr oyadır, xoş ovqat yaradır. Simpoziumda 14 ölkədən 121 nəfər həkim iştirak edir. Almaniyadan Vüqar Yaqublu, Türkiyədən Tural Xaspoladla həmsöhbət olmaq, təəssüratlarını dinləmək xoş oldu. Həkimlərimiz bir həftə Bakıda və rayonlarımızda tədbirlərdə olacaq, Şuşaya səfər edəcəklər.

Bayramımız mübarək!..

lll

Telejurnalist Ceyhun Rzayevin təngə gəlməsinin səbəbi açıqlananda qınanılacaq ilk hədəf valideynləri və yaxınları olacaq.

Bu cür qadağan metodlarla ailədaxili problemin həllinə çalışmaq yolverilməz və təəssüfedicidir.

Çevik reaksiyasına görə Polisə təşəkkürümüzü bildirir, Ceyhuna təmkin və səbr arzulayırıq.

lll

Aynaz Rəhimzadə və Araş Təbrizdən, Elçin Lənkərandandır. TÜRKSOY-un ofisində Xalq yazıçısı Anarın 85 illik tədbirində Aynaz xanım Azərbaycan mahnıları oxudu. Olduqca xoş və mənalı idi.

lll

Telefonların cadusundan qısa müddətə də olsa, uzaqlaşmaq istəyirsinizsə... yolunuzu mütləq İçərişəhərdən salın. Qədim Qala divarlarının arasında Milli Kitab Sərgisinin sehrinə düşün. "Qanun" nəşrlər evinin bukletini vərəqləyən ən etinasız adam da orada diqqət çəkəcək nəsə tapacaq.

Sınayın!..

lll

Bir neçə gün öncə Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Kitab sərgisində iştirak edən qonaqların bir qrupu ilə görüşdü, bir saata yaxın səmimi və açıq söhbət etdi. Axşam isə bizim dəvətimizlə ailə üzvləriylə birgə teatra gəldi, tamaşa izlədi.

lll

Nehrəmdə, Mirzə Cəlilin xatirə muzeyində olduq...

lll

Arzumuz güclü Türkiyədir!..

lll

Mina təhlükəsi ilə mübarizə proqramı çərçivəsində dünyanın aparıcı qurumlarından olan "Sülhün kökləri" təşkilatının rəhbəri Heidi Kuhn Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir.

Heidi Kuhn 1987-ci ildən indiyədək hər il beynəlxalq səviyyədə təqdim olunan "Ümumdünya Ərzaq Mükafatı 2023" (The World Food Prize) üzrə nominantlardan biri idi. Mükafat üzrə qalibin adının açıqlanması mərasimi bu gün ABŞ Dövlət Departamentinin Milli Elmlər Akademiyasında keçirildi. ANAMA rəhbərliyinin, milllət vəkillərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və tanınmış şəxslərin iştirakı ilə mərasimi Nobel Ev-muzeyi klubunda xanım Heidi Kuhn ilə birlikdə canlı izlədik. Xanım Heidi Kuhnun mükafatı qazanması və ABŞ rəsmiləri tərəfindən onun hazırda Azərbaycanda olmasının xüsusi vurğulanması məmnunluq doğurdu.

Xanım Heidi Kuhnu və onu ölkəmizə dəvət edən dostumuz, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevi ürəkdən təbrik edirəm...

lll

Üzü Şuşaya...

lll

Türkiyədəki seçkilər indi təkcə Türkiyənin daxili işi sayıla bilməz.

Əgər bu seçkinin nəticələri bölgənin, böyük bir regionun gələcəyinə təsir etmək gücündədirsə, necə təkcə Türkiyənin daxili işi ola bilər? İndi dünyanın müxtəlif ölkələri, onların xalqları öz maraq və mənafelərini güdərək bu seçkinin nəticələrini həyəcanla gözləyirlər. İranın, Ermənistanın, Rusiyanın, Ukraynanın, Fransanın və digərlərinin öz marağı, öz arzuları var. Azərbaycanın da birinci növbədə. Bu seçki həm də Türkiyə xalqının Azərbaycana münasibətinin barometri olacaq.

İnanırıq ki, Türkiyə seçiciləri mayın 14-də seçki eyforiyasının yaratdığı emosionallığı kənara qoyub soyuqqanlı qərar verməyi bacaracaqlar!..

 

 





24.06.2023    çap et  çap et