525.Az

Təhsil müəssisələrinə ayrılacaq vəsaitin miqdarı bəlli oldu


 

Təhsil müəssisələrinə ayrılacaq vəsaitin miqdarı bəlli oldu<b style="color:red"></b> 2013 - cü il dövlət büdcəsində təhsil xərcləri üçün ayrılan vəsaitin 306,9 milyon manatı bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən məlumata görə, əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşməsi üçün 152,2 milyon manat nəzərdə tutulur. Təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 13,5 milyon manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 7,1 milyon manatın ayrılması gözlənilir.

Təhsil müəssisələrinin yenidənqurulması və əsaslı təmiri üçün ayrılacaq vəsait 12,6 milyon manat olacaq. Ümumtəhsil məktəblərinə tədris laboratoriya (fizika, kimya, biologiya) avadanlıqlarının alınması xərcləri üçün 4 milyon manat yönəldiləcək.

S.QARAYEVA
 





02.11.2012    çap et  çap et