525.Az

Cəza ağır olacaq - Putin


 

Cəza ağır olacaq - <b style="color:red">Putin</b>

Rusiya Prezidenti Vladimir Putin "Vaqner"in lideri Yevgeni Priqojinin başlatdığı üsyandan sonra xalqa müraciət edib.

525.az xəbər verir ki, Putin xalqa etdiyi müraciətdə: "Bütün cəbhələrdə ordu hissələrinin komandirləri ilə görüşdüm, ordumuz qəhrəmancasına döyüşür. Mən Rusiya xalqına, onun əsgərlərinə, təhlükəsizlik qüvvələrinə, yalan və hədələrlə silahlı üsyan yoluna sürüklənənlərə səslənirəm. Rusiya öz gələcəyi üçün ciddi mübarizə aparır. Qərbin bütün hərbi və informasiya vasitələrindən Rusiyaya qarşı istifadə olunur. Konstitusiya quruluşunu, vətəndaşların həyatını və azadlığını qorumaq üçün hər şeyi edəcəyəm. Vətəndaşlarının üstünə silah çəkənlər Rusiyaya xəyanət ediblər və bunun cəzası ağır olacaq", - deyib.

Məhəmməd Tağıyev

 





24.06.2023    çap et  çap et