525.Az

Ukrayna Donetskdə əks-hücumlara başlayıb


 

Ukrayna Donetskdə əks-hücumlara başlayıb<b style="color:red"></b>

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində əks-hücum əməliyyatına başlayıb.

525.az TASS-a istinadən xəbər verir ki, Ukrayna ordusu vilayətin Qorlovka şəhərinə raket hücumları həyata keçiriblər.

Qeyd olunub ki, əraziyə 15 raketlə zərbələr endirilib.

Məlumatda raket hücumlarının nəticəsi barədə hələ ki, yeni informasiyanın olmadığı bildirilib.

Qeyd edək ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.

 





25.06.2023    çap et  çap et