525.Az

“Vaqner” Voronejdən çəkilir


 

“Vaqner” Voronejdən çəkilir<b style="color:red"></b>

"Vaqner" Özəl Hərbi Şirkətinin bölmələri Voroneji tərk edir”.

525.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusev sosial şəbəkələrdə məlumat verib.

"Vaqner” bölmələrinin Voronej vilayətindəki hərəkəti başa çatıb”, - deyə Qusev yazıb.

Qubernator əlavə edib ki, yerli hakimiyyət orqanları yekun qərardan sonra məhdudiyyətləri aradan qaldıracaq: "Dəymiş zərərin aradan qaldırılması üçün görəcəyimiz tədbirlər barədə əlavə məlumat veriləcək", - Aleksandr Qusev vurğulayıb.

Qoşqar Bəylərov

 





25.06.2023    çap et  çap et