525.Az

Təhlükəsizlik Şurasının sədri: "Lukaşenko Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər"


 

Təhlükəsizlik Şurasının sədri: "Lukaşenko Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər"<b style="color:red"></b>

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə Rusiya arasındakı ehtimal edilən danışıqlarda vasitəçi ola bilər.

525.az xəbər verir ki, bunu Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb.

O bildirib ki, “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiyadakı mövcud rejimin dağıdılmasının ilkin mərhələsidir.

O.Danilovun sözlərinə görə, “Vaqner”lə bağlı baş verənlər planın bir hissəsidir: “Vladimir Putinin yeganə yolu “Vaqner”in ləğvi, Yevgeni Priqojinin nümayişkarənə şəkildə cəzalandırılmasıdır”.

Şura sədri qeyd edib ki, mütləq qiyamın nəticələri olacaq.

 





25.06.2023    çap et  çap et