“Krımı işğaldan azad etməyə daha bir neçə addım yaxınlaşmışıq”.
525.az xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndəsi Anton Gereşenko tviter hesabında yazıb.
Gereşenko bildirib ki, Rusiya ordusu artıq parçalanır, Ukrayna isə ərazi bütövlüyünü tam bərpa etmək istiqamətində daha bir neçə addım atıb.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib. Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə isə ötən il fevralın 24-də başlayıb.
Qoşqar Bəylərov
çap et