525.Az

SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı depozitlərini 420 milyon manat artırıb


 

SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı depozitlərini 420 milyon manat artırıb<b style="color:red"></b>

Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə "Azərbaycan Beynəlxalq Bankı"na (ABB) yerləşdirdiyi pul vəsaitlərinin həcmi 10,5% və ya 420 milyon manat artıb.

525.az-a bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, 31 dekabr 2022-ci il tarixində ABB-də saxlanılan pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, eləcə də depozitləri 4 milyard 423 milyon manata çatıb. 2021-ci il üzrə bu rəqəm 4 milyard 3 milyon manat təşkil edib. Qrup hesablarının olduğu bankların statusuna daim nəzarət edir.

Dövlətin xəzinə hesabında isə SOCAR-ın 91 milyon manat məbləğində məhdudiyyət qoyulmuş pul vəsaitləri yerləşdirilib. 2021-ci ildə bu rəqəm 101 milyon manat təşkil edib.

 





26.06.2023    çap et  çap et