525.Az

Ukraynaya raket hücumu - 4 ölü, 40-dan çox yaralı


 

Ukraynaya raket hücumu - <b style="color:red">4 ölü, 40-dan çox yaralı</b>

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Kramatorsk şəhərinə raket zərbəsi endirib.

"525.az"ın məlumatına görə, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.

Hadiəs nəticəsində 4 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

“Kramatorska iki raket zərbəsi endirilib. Rusiya insanların sıx toplaşdığı yerləri hədəfə alıb. İctimai iaşə obyektinin binalarına və bir neçə fərdi evə ziyan dəyib”, - deyə Klimenko ətraflı məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altında insanlar ola bilər. Nazir əlavə edib ki, hadisə yerində xilasedicilər və polis işləyir.

 





28.06.2023    çap et  çap et