525.Az

Qəzzada ölənlərin sayı 1567 nəfərə çatıb


 

Qəzzada ölənlərin sayı 1567 nəfərə çatıb<b style="color:red"></b> İsrailin Qəzza zolağında iyulun 8-dən başladığı hərbi əməliyyat dövründə 1567 fələstinli həlak olub, 8600-dən çox insan isə yaralanıb.
 
Lent.az-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yalnız ötən gün İsrailin artilleriyası və hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində, ümumilikdə,  122 fələstinli ölüb. Misirlə sərhəddə yerləşən Rafah şəhərində 70-dən çox fələstinli həlak olub, yüzlərlə insan yaralanıb.
 
Məlumatda ölənlərin sayının artacağı istisna olunmur. Uçqunlar altında onlarla insan cəsədi qaldığı bildirilir. Zərbələr davam etdirildiyindən cəsədlərin uçqunun altından  çıxarılması hələlik qeyri-mümkündür.  
 
 





02.08.2014    çap et  çap et