525.Az

Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb


 

Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb<b style="color:red"></b>

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

525.az "Report"a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

 





29.06.2023    çap et  çap et