525.Az

Qarsda cümə namazında Azərbaycan şəhidlərinin ruhuna dualar oxundu


 

Qarsda cümə namazında Azərbaycan şəhidlərinin ruhuna dualar oxundu<b style="color:red"></b>

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 8 hərbçimizin şəhid olması Türkiyədə də hüznlə qarşılanıb.

525.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, Türkiyənin Qars vilayətində cümə namazında Azərbaycan şəhidlərinin ruhlarına dualar oxunub, erməni işğalçıların əməlləri lənətlənib.

Qeyd edək ki, son iki gündə qoşunların təmas xəttində baş verən atışmalarda 12 hərbçimiz şəhid olub.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu baş verən hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

 





02.08.2014    çap et  çap et