525.Az

Azərbaycandan Gürcüstana qeyri-neft məhsulları ixracı 2 dəfədən çox artıb


 

Azərbaycandan Gürcüstana qeyri-neft məhsulları ixracı 2 dəfədən çox artıb<b style="color:red"></b>

2023-cü ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 161 milyon 181 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinə 525.az-a verilən xəbərə görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 86 milyon 485 min dollar çoxdur.

Hesabat dövründə Gürcüstana ümumilikdə 359 milyon 461 min dollarlıq məhsul ixrac edilib.

Qeyd edək ki, Gürcüstan Azərbaycanın qeyri-neft ixrac həcminə görə Türkiyə (464.6 milyon dollar) və Rusiyadan (403.9 milyon dollar) sonra 3-cü yerdədir.

 

 





30.06.2023    çap et  çap et