İranın Sistan-Bəlucistan əyalətinin Zəhək və Xirmand rayonları 50 dərəcə isti ilə ölkənin ən isti bölgələri olub.
525.az İranın rəsmi agentliyi İRNA-nın məlumatına əsasən xəbər verir ki, Sistan-Bəlucistan meteorologiyasının baş direktoru Möhsün Heydəri bölgədəki isti hava ilə bağlı açıqlama verib.
Heydəri bildirib ki, Zəhək və Xırmand rayonlarında hava istiliyi 50 dərəcəyə çatıb və bu, onları ölkənin ən isti bölgələri edib. Vilayətin inzibati mərkəzi olan Zahidan şəhərində temperaturun 42 dərəcə olaraq ölçüldüyünü bildirən Heydəri, bazar ertəsi günündən etibarən küləyin güclənməsi ilə hava istiliyinin azalacağına diqqət çəkib.
Malik Atilay
çap et