525.Az

Su çəkildi: 16-cı əsrdən qalma kilsə üzə çıxdı


 

Su çəkildi: 16-cı əsrdən qalma kilsə üzə çıxdı<b style="color:red"></b>

Davam edən quraqlıq səbəbiylə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azaldıqdan sonra Meksikada bir su anbarından 16-cı əsrə aid bir katolik kilsəsi üzə çıxıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, 1500-cü illərin ortalarında Bartolome de las Casas başçılıq etdiyi Dominikan rahibləri tərəfindən tikilmiş və əvvəlcə Apostol Ceymsə həsr olunmuş bu tikili 1966-cı ildə Qrijalva çayı üzərində tikilmiş bənd olan Çiapasdakı Nezahualcoyotl su anbarında yerləşir. Su anbarının hazırda cəmi 29 faiz tutumu var. 

18-ci əsrin ortalarında vəba epidemiyası ilə tərk edilmiş barok kilsəsinin xarabalıqları çox vaxt suyun səviyyəsi aşağı düşəndə qismən aşkar edilirdi və turistlər onu ziyarət etmək üçün qayıqla gəlirdilər. Amma builki quraqlıq kilsəni tamamilə üzə çıxarıb. 

Qeyd edək ki, ötən həftə Meksikada yüksək temperaturun müşahidə edilməsi və yağışın olmaması 8 nəfərin həyatına son qoyub.

Malik Atilay

 





03.07.2023    çap et  çap et