525.Az

Paytaxtın uşaq evlərinin kollektivləri Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olublar


 

Paytaxtın uşaq evlərinin kollektivləri Milli Azərbaycan Tarixi Muzeyi ilə tanış olublar<b style="color:red"></b>

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay tətili günlərində paytaxtdakı 1, 2 və 3 nömrəli uşaq evlərində tərbiyə alan uşaqların Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaları təşkil edilib.

525.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirin əsas məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü genişləndirmək, xalqımızın qədim  tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəltmək, uşaqları muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.

Təcrübəli bələdçilər uşaqları muzeyin ekspozisiyası, burada nümayiş etdirilən Azərbaycanın keçmişini özündə əks etdirən müxtəlif arxeoloji və etnoqrafik materiallar və eksponatlarla,  həmçinin hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış edib, onların suallarını cavablandırıblar. Uşaqlar muzeydən xoş təəssüratla ayrılıblar. 

Yaxın günlərdə uşaqların Heydər Əliyev Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.

 





04.07.2023    çap et  çap et