525.Az

Cəbhəyə zirehli texnikanın cəmlənməsinə rəsmi münasibət bildirilib


 

Cəbhəyə zirehli texnikanın cəmlənməsinə rəsmi münasibət bildirilib<b style="color:red"></b>

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhə bölgəsinə zirehli texnika cəmləşdirməsi barədə yayılan informasiyalara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”.
 
Qeyd edək ki, bu gün bəzi KİV-də Müdafiə Nazirliyin cəbhə bölgəsinə zirehli texnika toplaması barədə məlumatlar yayılıb.

 





02.08.2014    çap et  çap et