525.Az

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 faiz azalıb


 

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 faiz azalıb<b style="color:red"></b>

Bu il yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 milyard 793,468 milyon manat təşkil edib.

525.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 14,2 % artaraq 5 277 olub.

BFB-nin dövriyyəsinin 40,9 %-i, yaxud 3 184,039 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 28,4 % azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 29,8 % artaraq 680,448 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 32 % artaraq 3 928,981 milyon manat olub.

 





04.07.2023    çap et  çap et