Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
525.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Hakan Fidan 5-6 iyul tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasına qatılacaq.
Türkiyə XİN rəhbəri iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasına, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirə qatılacaq.
Qeyd edək ki, Hakan Fidanın həmkarları ilə ikitərəfli təmasları da nəzərdə tutulub.
Qoşqar Bəylərov
çap et