|
|
|
|
CNN televiziyasının ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki mərkəzində kimyəvi bomba hücumu təhdidi səbəbilə həyəcanlı anlar yaşanıb.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Atlanta Polis Təşkilatının əməldaşı Adam Li "The Atlanta Journal - Constitution" adlı jurnala açıqlamasında bir nəfərin telefonla zəng edərək televiziyanın mərkəzinə kimyəvi bomba qoyulduğu haqda məlumat verdiyini deyib. Bu məlumatdan sonra hərəkətə keçən polis CNN-in mərkəzinin şimal və qərbindəki küçələri və səkiləri nəqliyyatın və piyadaların hərəkəti üçün məhdudlaşdırıb.
Məhdudiyyət iş saatına az vaxt qalmış qaldırılıb.