“Monteneqro Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində təşkilatın inkişafı ilə bağlı təşəbbüslərini dəstəkləyir”.
525.az xəbər verir ki, bunu Monteneqronun Baş naziri Dritan Abazoviç Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Bakıda “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusunda keçirilən Nazirlər Toplantısında deyib.
Onun sözlərinə görə, Monteneqro sülh, təhlükəsizlik və sabitliyin təşviqi üçün Qoşulmama Hərəkatı ilə birgə işləməyə hazırdır:
“Ölkəmiz sülh, sabitlik, təhlükəsizlik və bütün digər bu kimi təşəbbüsləri dəstəkləməyə hər zaman hazırdır” ("Report").
çap et