525.Az

Azərbaycanlı deputatlar Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər


 

Azərbaycanlı deputatlar Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər<b style="color:red"></b>

Azərbaycanlı deputatlar Özbəkistanda prezident seçkilərini müşahidə edəcəklər.

525.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Elman Nəsirov, Arzu Nağıyev MDB PA-nın xətti ilə, Fazil Mustafa, Anar Məmmədov TÜRKPA-nın xətti ilə iyulun 9-da Özbəkistan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkənd şəhərinə səfər edəcəklər.

Deputatlarımız seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcəklər.

 





05.07.2023    çap et  çap et