Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə avqustun 3-də paytaxt Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə Azərbaycan ordusunun Vətən torpağı uğrunda şəhid olmuş əsgərlərinin xatirələri yad olunub, onların şəninə Quran oxunub, ruhları üçün dualar edilib.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, A. Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətən uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.
çap et