525.Az

Daha bir şəhid: yaralı əsgərimiz vəfat etdi


 

Daha bir şəhid: <b style="color:red">yaralı əsgərimiz vəfat etdi</b> Azərbaycan ordusunun yaralı əsgəri vəfat edib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir: "Kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqın cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb".
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
  
Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!"
 





04.08.2014    çap et  çap et