525.Az

“Azərbaycan Prezidentinin çıxışı bizi mübarizəni davam etdirməyə ruhlandırdı” - Təşkilat rəhbəri


 

“Azərbaycan Prezidentinin çıxışı bizi mübarizəni davam etdirməyə ruhlandırdı” <b style="color:red"> - Təşkilat rəhbəri</b>

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısının açılışı zamanı çıxışı bizi müstəmləkəçilik probleminə qarşı mübarizəni davam etdirməyə ruhlandırdı”.

525.az xəbər verir ki, bunu "Afrika Mundus" təşkilatının (Fransa) rəhbəri Emmanuel Arqo “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

O, belə bir çıxışa görə dövlətimizin başçısına minnətdar olduğunu bildirib.

“Çox təəccübləndim, belə bir çıxış gözləmirdim”, - o deyib.

Emmanuel Arqo Qərb mətbuatının bu cür mövzulara açıq olmadığı üçün öz mövqeyini sərbəst ifadə edə biləcək belə bir platformanın yaradılmasına görə təşəkkür edib ("Report").

 





06.07.2023    çap et  çap et