525.Az

Azərbaycan və Türkiyə arasında əlavə yeni mallara gömrük güzəştləri tətbiq ediləcək


 

Azərbaycan və Türkiyə arasında əlavə yeni mallara gömrük güzəştləri tətbiq ediləcək<b style="color:red"></b>

"Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokolla 2 ölkə arasında əlavə yeni 15 növ sənaye və digər mallara gömrük güzəştləri tətbiq ediləcək".

525.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokol bu ilin aprelində Türkiyənin Samsun şəhərində imzalanıb: “Bu sazişlə əsas hədəfimiz iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırmaq və qeyri-neft ixracını da artımaqdır. Bu saziş nəticəsində böyük təcrübə qazanaraq gələcəkdə qeyri-neft sektoru mallarının ixrac arialını genişləndirməyə imkan verəcək” ("Report").

 





06.07.2023    çap et  çap et