525.Az

AMEA ilə ULAKBİM arasında görüş keçirilib


 

AMEA ilə ULAKBİM arasında  görüş keçirilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) nümayəndələri arasında "Zoom" platforması vasitəsilə onlayn görüşü keçirilib.

Görüşün keçirilməsində məqsəd AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsi, birgə mərkəzləşdirilmiş elektron kitabxananın təşkili məsələlərinin müzakirəsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması olub.

Görüşdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ULAKBİM-in nümayəndələrini salamlayıb, son illərdə ölkələrimiz arasında əlaqələrin dövlət başçılarımızın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.

Akademik İsa Həbibbəyli AMEA ilə TÜBİTAK-ın uzun illərdir səmərəli əməkdaşlıq etdiyini, qurumun rəhbəri, professor Hasan Mandallagörüşləri zamanıelektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və digər istiqamətlərdə birgə əməkdaşlığa dair müzakirələrin aparıldığını deyib: "Əgər beş il əvvəl İnformasiya Texnologiyaları Cəmiyyətindən danışırdıqsa, artıq elektron dünyanın yarandığını demək mümkündür. Biz Vikipediyada Azərbaycanın yerini qüvvətləndirmək istəyirik. Akademiyanın institutlarının saytlarının müasir dövrün tələblərinə uyğun yenilənməsi, bir neçə dildə fəaliyyət göstərməsi istiqamətində işlər davam etdirilir. "Google Scholar" və digər elmi platformalarda alimlərimizin akademik profillərinin açılması yönündə fəaliyyətimiz genişlənməkdədir. Həmçinin elmi nəşrlərimizin beynəlxalq bazalarda yerləşdirilməsinə çalışırıq. AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron baza reyestrinə daxil edilməsində maraqlıyıq.Bundan əlavə, humanitar və ictimai elmləri əhatə edən jurnallarımızın beynəlxalq bazalara daxil edilməsi qarşıdakı hədəflərimizdəndir. Beynəlxalq elmi reytinqlərdə mövqelərimizin yaxşılaşdırılması istiqamətində çalışırıq və bütün bu işləri qardaş Türkiyə ilə birgə görmək istəyirik. Bunun üçün MDB məkanında ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında elektron xidmətlərin təşkili üçün "Elektron Akademiya" şöbəsi yaradılıb. Alimlərimizin məqalələrinə DOİ almaq istiqamətində işlər yekunlaşır.Elektron xidmətlər sahəsində birgə yol xəritəsini müəyyənləşdirməyi planlaşdırırıq".

ULAKBİM-in rəhbəriMehmet Mirat Satoğlu çıxış edərək AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını, Elmlər Akademiyasının qarşısına qoyduğu hədəflərə çatmaq üçün zəruri dəstəyi verəcəklərini bildirib. O,ULAKBİM-in Dərgi Park elektron bazasından əlavə, türk dövlətlərinin istifadəsi üçün "Web of Science" elmmetrik bazasına bənzər yeni indeks üzərində çalışdıqlarını söyləyib.

 





09.07.2023    çap et  çap et